Hadisə

Ramiz Mehdiyevdən yeni təyinat (FOTO)

AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdir müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov akademiyanın Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Qeyd olunub ki, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-1991-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib, 2013-2014-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində Baytarlıq ixtisası üzrə distant təhsil alıb.

1991-1994-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda aspirant, kiçik elmi işçi, 1994-2003-cü illərdə KTN-nin mərkəzi aparatında mütəxəssis, 2003-2005-ci illərdə KTN yanında Bitki mühafizəsi və karantini şöbəsində müdir müavini və sektor müdiri, 2005-2015-ci illərdə KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini, 2015-2018-ci illərdə KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, 11 may – 21 iyun 2018-ci il tarixlərində KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, 2018-2019-cu illərdə KTN yanında Dövlət Fitosanitar Xidmətinin rəisi vəzifələrində işləyib.

Ə.Eyvazov 43 elmi əsərin, 1 patent, 1 təlimat, 52 informasiya bülleteni, 3 rəngli albom və 2 metodiki vəsaitin müəllifidir.

Bənzər yazılar

Back to top button