Hadisə

“Mübariz postu”na bayrağımızı sancan baş leytenantın xanımı: “Onun qisası alındı” (FOTO/VİDEO)

Erməni silahlı qüvvələri sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı təxribatlar törədiblər. Həmin təxribatlara cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatları həyata keçirib. Əks hücum nəticəsində 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycanın qələbəsi ilə sona çatdı.

Bu 44 gün ərzində Azərbaycan ordusunda xidmət edən bütün əsgərlər böyük şücaət göstərərək, Vətənin müdafiəsinə qalxdılar. Azərbaycanın Vətən müharibəsində öz canından keçən qəhrəmanlarımız qanı ilə tarix yazdılar.

Vətəni üçün canından keçənlərdən biri də baş leytenant Əhmədli Şahid oldu. Şəhidlik zirvəsinə ucalan Əhmədli Şahid Gülməmməd oğlu 1992-ci ildə Saatlı rayonunun Qaracalar kəndində dünyaya gəlib.

Qəhrəmancasına şəhid olan Şahid Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan posta Azərbaycan bayrağı sancan igid olub.

Bu barədə oxu.az-a onun həyat yoldaşı Dilşad Əhmədli məlumat verib.

Bənzər yazılar

Back to top button