Dünya

Koronavirusu yalan edəcək daha təhlükəli xəstəlik yayıldı: Gözlər qanayır və…

Bir çox ölkənin koronavirusla mübarizə apardığı bir dövrdə dünyada yeni bir xəstəliyin yayılma qorxusu var.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Efiopiyada ortaya çıxan xəstəlik yaşından asılı olmayaraq hamıya keçə bilir və bu virus səbəbindən insanları gözləri qanayaraq ölürlər.

Dünya Səhiyyə Təşkilatı hələ bir neçə il əvvəl bu xəstəliklə bağlı xəbərarlıq etmiş və ağır nəticələrinin ola biləcəyi qeyd olunmuşdu.

“The Guardian”ın yazdığına görə, Efiopiyada 23 yaşlı bir xəstə bu virusa yoluxduqdan sonra gözlərinin rəngi öncə sarıya, daha sona da qırmızıya çevrilib və yüksək qızdırma ilə həyatını itirib.

Qeyd edək ki, 2018-ci ildə Sudan və Uqandada da onlarla insan bu virusa yoluxmuş və azı 4 nəfər həyatını itirmişdi.

Bənzər yazılar

Back to top button