Cəmiyyət

TƏBİB sədri: “Bu vaksin inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir”

“Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi – “CoronaVac” inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir”.

AzToday.az xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, inaktiv üsulla hazırlanan vaksinlərlə biz uzun müddət peyvənd olunmuşuq: “Uzunmüddətli nəticələrlə bağlı məlumatlar da var. Təhlükəsizliyinə daha çox güvəndyimiz inaktiv üsulla hazırlanan vaksinlər bu gün çox geniş istifadə olunur. Qrip vaksinləri, quduzluq əleyhinə, hepatit əleyhinə vaksinlər”.

Bənzər yazılar

Back to top button