İdman

Azərbaycanın keçmiş futbolçusu dəfn olundu

Ötən gün dünyasını dəyişən Bakının “Neftçi” və Gəncənin “Kəpəz” klubunun veteran futbolçusu Arzu Mirzəyev dəfn olunub

AzToday.az-ın report-a istinadən məlumatına görə, o, Gəncə şəhərindəki İmamzadə Dini Kompleksində atasının məzarının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, SSRİ idman ustası infarktdan dünyasını dəyişib. Arzu Mirzəyev 1979 – 1983-cü illərdə “Kəpəz”də, 1984 – 1991-ci illərdə “Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra “Kəpəz” və Gədəbəyin “Narzan” komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki “Təhsil” İdman Mərkəzində məşqçi işləyib.

Bənzər yazılar

Back to top button