Siyasət

Eldar Həsənovun həbsində hansı siyasi motivlər olub? – EKSPERTLƏR DANIŞIR

Bir neçə gün əvvəl hazırda həbsdə olan sabiq Baş prokuror və səfir Eldar Həsənov vəkili Adəm Məmmədov vasitəsilə mətbuata olduqca sensasion açıqlama verib. Onun vəkili qeyd edib ki, hüquqlarını müdafiə etdiyi Eldar Həsənovun həbsin səbəbi Baş prokuror kimi fəaliyyət göstərdiyi zamanda respublikamızın hazırda nüfuzlu bir şəxs ilə keçmişdə aralarında yaranmış işçi münasibətinin gərginləşməsinin qisasıdır. Xarici İşlər Nazirliyində əvvəllər vəzifə sahibi olmuş şəxslərin ağır cinayət törətməkdə ittiham edildiyi halda azadlığa buraxılmalarına baxmayaraq, ömrünün çox hissəsini dövlətinə xidmət etmiş sabiq Baş prokuror və səfir Eldar Həsənov hələ də istintaq təcridxanasında saxlanılmasının ona qarşı xüsusilə ayrı-seçkilik olduğunun fərqindədir.

“Eldar Həsənovun həbsi qərarı siyasi hakimiyyət tərəfindən verilə bilər”

ABŞ-da yaşayan siyasi icmalçı, sabiq təhlükəsizlik zabiti, “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu criminal.az saytına açıqlamasında bildirdi ki, Eldar Həsənovun hansısa məmurun təsiri və ya sifarişi ilə həbs olunduğunu düşünmür:

“Hətta bu çox yüksək vəzifə tutan məmur olsa belə, Eldar Həsənov sıradan bir insan deyil. O, qala 10 ilə yaxın Azərbaycanın baş prokuroru vəzifəsində çalışıb. Bundan sonra ona qarşı olan münasibətin özü də bir göstəricidir. Bizə məlum olmayan, amma ehtimal edəcəyimiz səbəblərdən Eldar Həsənov Baş prokuror postundan kənarlaşdırıldıqdan sonra illər boyu ölkədən kənarda saxlanılıb. Müxtəlif ölkələrə səfir təyin olunaraq dairəsi gah genişləndirilib, gah da bir ölkə hüdudlarında məhdudlaşdırılıb. Müəyyən səbəblərdən onun ölkəyə gəlməsi, ölkədə fəaliyyət göstərməsi məqsədəuyğun sayılmayıb. Burada da fikrimcə siyasi motivlər ola bilər”.
Ə.Oruclu hesab edir ki, E.Həsənovun həbsində siyasi motivlər var. Siyasi motivlər olduğu halda qərar siyasi hakimiyyət tərəfindən, daha doğrusu onun başçısı tərəfindən verilə bilər.

“Eldar Həsənov həbs olunduğu dövrdə səfir vəzifəsində çalışırdı. Ona qarşı verilən ittihamlar, yəni mənimsəmə, korrupsiya cinayətlərinə gəlincə, bunlar hamısı əsassızdır. Məhz həbsin əsas motivlərini gizlətməyə, arxa planda saxlamağa xidmət edir. Eldar Həsənov hələ həbs olunmamışdan əvvəl hakimiyyətə yaxın mediada bir neçə il barəsində neativ məlumatlar dərc edilirdi. Az qala onu siyasi iddialar ortaya qoymaqda açıq ittiham edirdilər. Ona görə də Eldar Həsənovun həbsində siyasi motivlər olub. Hansı siyasi motivlər, onun hansı planları olub ki, bu narahatlıq yaradıb, bunu deyə bilmərəm”.

“Korrupsiya Azərbaycanda kiminsə şəxsi təşəbbüsü, idarəetmə sistemidir”

Təhlükəsizlik eksperti qeyd edib ki, E.Həsənov Baş Prokuror postunda çalışdığı üçün kifayət qədər ciddi məlumatlara malikdir, ona görə də o bu yolla mesaj verib ki, onun da deməyə sozu, açmağa faktları var:

“Vəkil vasitəsi ilə açıqlamasından görünür ki, o sadəcə olaraq azadlığa çıxmaq istəyir, buna da haqqı var. Ona görə ki, Xarici İşlər Nazirliyinin korrupsiya ittihamı ilə həbs edilən rəsmiləri barələrində həbs-qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığıa buraxılıb. Eldar Həsənov isə Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır. Ona qarşı irəli sürülünən korrupsiya ittihamı mənasızdır. Təkcə bir ildən artıq müddətdə neçə icra hakimiyyətinin başçısı korrupsiya ittihamı ilə həbs olunur, amma bu günə kimi heç birinin məhkəməsi olmayıb. Ümimiyyətlə son illər hansısa yüksək vəzifəli məmurun korrupsiya ittihamı ilə mühakimə olunması faktını xatırlamıram. Və biz əks tendensiyalar görmüşük. Qeyd etdiyim kimi, Xarici İşlər Nazirliyinin rəsmiləri ev dustaqlığına buraxılıb, Dövlət Sərhəd Xidmətiningeneralı azadlığa buraxılıb, bir qədər sonra guya müharibədə iştirak edib deyə mükafatlandırılıb. Bu təbiidir. Çünki Azərbaycanda korrupsiya kiminsə şəxsi təşəbbüsü və məşğuliyyətidir, idarəetmə sistemidir və ya bu sistemin əsasıdır. Ona görə də korrupsiya ittihamı ilə həbs edilənlərin heç biri demək olar ki, mühakimə olunmurlar”.

Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl Criminal.az saytına açıqlamasında bildirdi ki, Eldar Həsənova qarşı irəli sürülən ittiham heç inandırıcı deyil. Bu ittaihamla həbs olunan XİN məmurları ev dustaqlığına buraxılıb. Eldar Həsənov isə hələ də həbsdədir.

Ekspertin sözlərinə görə, Eldar Həsənovun şəxsiyyəti, nüfuzu bir yox, bir neçə səlahiyyətli məmuru narahat edirdi, hətta indi də edir. Ona görə də bu həbsi qərəzli hesab edir.

Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. DTX-nın yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib. Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bənzər yazılar

Back to top button