Siyasət

Ermənilər Moskvadakı üçtərəfli görüşdən tək bir şey gözləyirdi… – Marukyan

Ermənistan ictimaiyyəti Moskvada keçirilən üçtərəfli görüşdən bir şeyi – məhbusların geri qaytarılması ilə məsələnin erkən həllini gözləyirdi.

Qaynarinfo Sputnik Ermənistana istinadla xəbər verir ki, bu barədə “Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Marukyan öz Facebook səhifəsində yazıb.

“Dünənki Moskva görüşündə qəbul edilən sənədin yayımlanmasından sonra, bütün hökumətyönlü kanallar yeni razılaşmaya uyğun olaraq, Ermənistanı İran və Rusiya ilə birləşdirəcək bir dəmir yolunun açılacağını məmnuniyyətlə yayımladılar. Ancaq erməni xalqı görüşdən başqa bir şey gözləyirdi – hərbi əsirlərin qısa müddətdə geri qaytarılmasına dair razılaşma. Lakin bu baş vermədi”, – deyə Marukyan yazıb.

Onun sözlərinə görə, müzakirə yalnız Azərbaycan gündəmi ətrafında baş tutub.

Xatırladaq ki, yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli danışıqlar aparılıb, bunun ardınca quru və dəmir yolu əlaqələrinin blokdan çıxarılmasına dair birgə bəyanat qəbul edilib.

Bənzər yazılar

Back to top button