Mədəniyyət

Safuranın qızı oldu

Mərhum Sənaye və Energetika naziri Natiq Əliyevin gəlini, tanınmış müğənni Safura Əlizadə ikinci dəfə ana olub.

AzToday.Az big.az-a istinadən xəbər verir ki, müğənni qız övladını dünyaya gətirib. Əldə etdiyimiz məlumata görə, müğənni Respublika Diaqnostika Mərkəzində təbii yolla deyil, qeysəriyyə əməliyyatı ilə doğuş həyata keçirib. Hazırda Safura Əlizadənin və yenicə doğulmuş körpəsinin səhhətinin qaydasında olduğu bildirilir.

Xatırladaq ki, Safura Əlizadənin İsgəndər adında bir oğlu var.

Bənzər yazılar

Back to top button