Dünya

Türkiyəli hərbçi Suriyada şəhid oldu

Suriyanın şimalındakı Əl-Bab rayonunda Türkiyə hərbçisi şəhid olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tvitterdə yazıb.

“Bir qəhrəman, bir ata… Ay-ulduzlu bayrağımız uğrunda şəhadətə yola saldığımız vətən övladı… Suriyanın Əl-Bab rayonunda şəhid düşən qəhrəman jandarmamız Süleyman Dəmirələ Allahdan rəhmət, ailəsinə səbir diləyirəm. Başımız sağ olsun”, – nazir qeyd edib.

Məlumata görə, baş çavuş bölgədəki minanı zərərsizləşdirərkən həlak olub.

Bənzər yazılar

Back to top button