Dünya

Məşhur aktrisa OMON-çuları “ölüm dəstələri” adlandırdı

Aktrisa Liya Axedjakova müxalifət lideri Aleksey Navalnını dəstəkləyən nümayişləri dağıdan təhlükəsizlik işçilərini “zirehli astronavtlar dəstəsi” və “ölüm eskadronları” adlandıraraq onların özü üçün “dəhşətli bir kəşf” olduqlarını söyləyib.

Qaynarinfo xəbər verir ki, “Dojd” telekanalının efirindəki etiraz aksiyalarının müzakirəsi zamanı, 82 yaşlı aktrisa Rusiya məhkəmə sisteminin tənəzzül etdiyini bildirib və etirazların dinc olduğunu, hüquq-mühafizə orqanlarının reaksiyasını isə “qeyri-adekvat” adlandırıb.

“Onlar heç bir şey yandırı, dava etmirdilər”, – Axedjakova aksiyaların iştirakçıları haqqında danışarkən vurğulayıb. “Yəni siz bizdən bu qədər qorxursunuz? Bu qədər təlaşa düşübsünüz? Niyə şəhərlərimizə hücum etdiniz?” – aktrisa təhlükəsizlik güclərinə ritorik bir sual ünvanlayıb.

Bundan əlavə, Axedjakova Rusiya Federasiyasındakı insan hüquqları ombudsmanı Tatyana Moskalkovanın ölkədə baş verən repressiyalara diqqət yetirməsinin lazım olduğunu qeyd edib.

Xatırladaq ki, 23 və 31 yanvar tarixlərində Rusiyanın bir çox şəhərində Aleksey Navalnını dəstəkləyən icazəsiz aksiyalar keçirilib. Ayrıca, Moskvada və Sankt-Peterburqda aksiyalar 2 fevralda, Navalnının şərti cəzasının həqiqi cəza ilə əvəzləndiyi gün baş verib. Etirazların başlayandan bəri 11 mindən çox insan saxlanılıb, yüzlərlə məhbus inzibati cəza alıb. Ölkənin müxtəlif bölgələrində 50 cinayət işi açılıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button