İdman

Kriştiano Ronaldo: “O “Real” indikindən güclüydü”

“Pepeli, Xames Rodrigesli, Alvaro Moratalı “Real” indikindən daha güclüydü. Yeni transfer edilən futbolçularımızın təcrübəsi azdı və bu nəticələrə təsir edir”.

Fanat.Az xəbər verir ki, bu sözləri Kriştiano Ronaldo “Marka”ya açıqlamasında deyib.

Dünən “Tottenhem”dən Çempionlar Liqasında aldıqları 1:3 hesablı yenilgidən sonra İspaniya nəşrinə açıqlama verən ulduz futbolçu zədəli futbolçuların yoxluğunu da xatırladıb: “Beyl və Karvahalın bizə kömək edə bilməməsi də işimizi çətinləşdirir. Söylədiklərim bəhanə deyil. Fakt budu ki, yaxşı potensiala malik yeni futbolçularımız onların yerini vermir”.

Bənzər yazılar

Back to top button