GündəmİqtisadiyyatManşet

Kəmaləddin Heydərovun qardaşının bahalı avtomobil kolleksiyası (FOTO)

Jurnaist Həbib Müntəzir fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun avtomobil kolleksiyası ilə bağlı şok sayıla biləcək məlumatlar yayıb.

AzToday.az xəbər verir ki, jurnalist 99FS777, 99FK777, 99DK777, 10KJ777, 90CL777, 90TH777 dövlət nömrə nişanlarının Səməd Heydərova məxsus olduğunu deyib.

Bu da nömrələrə məxsus olan avtomobil markalarıdır:

Mazda 6 Red
Toyota Tundra Black
BMW 760li
Lincoln MKZ
Mercedes S500 Brabus
Mercedes E 63 AMG
Cadillac Escalade
Lexsus 570
Hyundai Genesis
Mercedes-Benz G 55 AMG
Porsche Panamera
Bentley Continental GT
Porsche Cayenne Turbo
Toyota Hilux 2013 Tuining

Həbib Müntəzirin sözlərinə görə, “Qaçqınkom” sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi məşhur qəzada avtoşluq edən maşınlardan biri də Səməd Heydərovun olub:

“Yadınızdadırsa zamanında baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev avtoşluq edərək qəza törətmişdi. Həmin qəzada avtoşluq etdiyi şəxs 99FS777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov idi. Nömrə Səmədin adına olduğu üçün mətbuat o zaman səhv salmışdı. Maqa ləqəbli avtoş Mirməhəmməd Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. Sən demə Əlövsət Səmədin bacanağı imiş. Ona görə oğluna kolleksiyasından istifadə etməyə icazə verib, o da adam vururmuş bununla. 30 sutka yatıb çıxmışdı. Kolleksiya o qədər böyük, maşın o qədər boldur ki, bacanaqoğlu istədiyi zaman istədiyini götürüb rahatlıqla avtoxuliqanlıq edir…”.

Bənzər yazılar

Back to top button