Cəmiyyət

Martın 12-də qar yağacağı, dənizdə fırtına olacağı gözlənilir

Martın 12-də Bakıda və Abşeronda havanın temperaturunun aşağı düşəcəyi, qar yağacağı, güclü şimal-qərb küləyi əsəcəyi gözlənilir, bu barədə Ekologiya Nazirliyi məlumat yayıb.

Gündüz və gecə havanın temperaturu müsbət 2 – müsbət 4 dərəcə təşkil edəcək.

Ölkənin rayonlarında da qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.

Gecə və gündüz 1-5 dərəcə isti, dağlarda 4-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyə qədər şaxta olacaq.

Öz növbəsində, Nəqliyyat və Rabitə Nazirliyi gəmi sahiblərini və liman idarələrini zəruri tədbirlər görməyə və gəmilərin təhlükəsizliyini təmin etməyə çağırıb.

Xəzərdə güclü küləyin dalğaların yüksəkliyini 4,5 – 6,5 metrə çatdıracağı gözlənilir.

Bənzər yazılar

Back to top button