Dünya

Dünyanın ən bahalı meyvəsi 2 min dollara satıldı

Koronavirus pandemiyası dünyanın ən bahalı meyvələrindən olan Yaponiyanın Dansuke qarpızı ticarətinə də öz təsirini göstərib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, normal zamanlarda qiyməti təxminən 6 min dollar olan qara qabıqlı meyvə bu il hərracda 2 min dollara satılıb.

Rəsmilər pandemiya səbəbindən qiymətlərdə belə düşüş olacağını proqnozlaşdırdıqlarını söyləyiblər. Qarpızı alan 38 yaşlı Madoka Sato isə əkinçilərə dəstək üçün hərraca qatıldığını bildirib.

Qeyd edək ki, Dansuke qapızı Yaponiyanın şimaılnda yerləşən Hokkaido adasında yetişdirilir. Eyni zamanda turistlərin fə böyük axın etdiyi ada koronavirus pandemiyasının ən geniş yayıldığı əyalətlər sırasındadır.

Bənzər yazılar

Back to top button