Dünya

Türkiyə ordusu PKK-nın rəhbərlərindən birini məhv etdi

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı əməliyyatı çərçivəsində PKK terror təşkilatının əsas üzvlərindən biri zərərsizləşdirilib.

Qaynarinfo xəbər verir ki, PKK-nın qolu olan KCK-nın “icraiyyə komitəsi”nin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlı İnterpolun axtarışında olub.

Terror təşkilatına 1999-cu ildən Yunanıstandan qatıldığı bildirilən Dalokay Şanlının Türkiyədə törədilən təxribat, sui-qəsd, yanğın və digər terrorçu hərəkətləri üçün terrorçuların təlimat aldığı “Apollo Akademiyası”nın rəhbərliyində təmsil olunub.

Bənzər yazılar

Back to top button