Hadisə

Ziya Məmmədov kadrlarını KTN-də yüksək vəzifələrə gətirir? – İDDİA

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədov kadrlarını Kənd Təsərrüfatı nazirliyində yüksək vəzifələrə yerləşdirmək istəyir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə sabiq nazirin bu addımı atmasına səbəb aqrar sektorun daha rentabelli olmasıdır. Əsasən mərkəzi aran zonasında böyük təsərrüfat işləri planlayan sabiq nazirin bu sahəyə ciddi sərmayə yatıracağı gözlənilir.

Məlumata görə Ziya Məmmədovun yaxın kadrlarından biri yaxın günlərdə Kənd Təsərrüfatı nazirliyində yüksək vəzifəyə təyinat alacaq.

Qeyd edək ki, Ziya Məmmədov 2002-2017-ci illər arasında ölkənin ilk və son Nəqliyyat naziri olub. Onun nazir işlədiyi dövrlərdə ölkədə dəyəri yüz milyonlarla ölçülən körpülər, yeraltı keçidlər tikilib, yollar çəkilib.

Nəqliyyat nazirliyi 2017-ci ildə ləğv edildikdən sonra işsiz qalan Ziya Məmmədov mediaya açıqlamasında mal-qara təsərrüfatı və əkinçiliklə məşğul olduğunu bildirmişdi.

Onu da qeyd edək ki, 2013-2018-ci illərdə Kənd Təsərrüfatı nazirliyinə Ziya Məmmədovun qudası Heydər Əsədov rəhbərlik edib.

Bənzər yazılar

Back to top button