Hadisə

Azərbaycanlı fermerlər mal-qarasını Kəlbəcərdəki yaylağa aparır – VİDEO

Sosial şəbəkələrdə xırda və iribuynuzlu heyvanların işğaldan azad edilmiş Kəlbəcər rayonuna yaylağa aparılması ilə bağlı görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən görüntülərdə yaylağa aparılan mal-qaranın bir qismi dövlətin balansındadır:

“Heyvanların bir hissəsi isə Kəlbəcər rayonundan olan fermerlərə məxsusdur. Həmin şəxslərin sürünü yaylağa aparmaq barədə müvafiq dövlət qurumundan icazələri olduğundan mal-qara, eləcə də, sürünün yanındakı şəxslərin polis və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə təhlükəsizlik tədbirləri görülməklə qeyd edilən yaylağa aparılması təmin edilib”.

Videogörüntülər müzakirələrə səbəb olub.

https://t.me/oxuaze/7044

Bənzər yazılar

Back to top button