Bizim seçimCəmiyyət

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı – AÇIQLAMA

Onuncu sinif “Tarix” dərsliyində “Böyük Ermənistan” xülyasını əks etdirən xəritənin mövcudluğu ilə bağlı heç bir məlumatım yoxdur.

AzToday.az Enter.News-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. Nazirliyin sözçüsü bildirib ki, məsələni dəqiqləşdirmək lazımdır.

Qeyd edək ki, tanınmış ictimai fəal və jurnalist Azər Həsrət 10-cu sinif “Tarix” dərsliyində biabırçı səhv baş verdiyini bildirib.

O qeyd edib ki, dərslikdə Ermənistan xülyası olan xəritə yer alıb. Səs-küy qalxdıqdan sonra isə dərsliyin Təhsil Nazirliyi tərəfindən məktəblərdən yığışdırılmasına başlanılıb.

A.Həsrət buna səbəb kimi “hər yoldan ötənə dərslik yazdırıb, hər yoldan ötəni də bu “dərslik”ləri yoxlamaq üçün ekspert təyin etməkdə” görüb.

Bənzər yazılar

Back to top button