Dünya

Kim Çen Inın arıqlaması milləti ağlatdı

Şimali Koreya lideri Kim Çen Inın bir neçə kiloqram itirməsi ölkəsinin əhalisini əməlli-başlı dərdə salıb. Bu barədə Şimali Koreyanın “Renxap” dövlət telekanalı məlumat paylaşıb.

2020-ci il də Kim Çen In 140 kilo olub. Milli Kəşfiyyatın verdiyi məlumata görə, o hakimiyyətdə olduğu 10 il ərzində hər il 6-7 kq çəki alıb. İndi Şimali Koreya sakinləri “dahi rəhbərin” xəstə olduğunu düşünürək üzüntü içindədir.

Telekanala müsahibə verən vətəndaşlardan biri Inı arıqlamış görən xalqın dərddən ürəyinin parçalandığını, onu zəifləmiş görərkən hamının hönkürüb ağladığını deyib.

Kim Çen In 1 aylıq fasilədən sonra teleekranlarda görünüb. Telekanal Kim Çen Inın imicinin daha da gözəlləşdiyini qeyd edib.

Bənzər yazılar

Back to top button