İdman

Ağasəlim Mircavadov Fransanın 14:0-lıq yeni rekordundan danışdı – AÇIQLAMA

Noyabrdakı seçmə oyunlarda Fransa millisi Cəbəllüttariq üzərində 14:0 hesablı qalibiyyət əldə etdi. Fransızların bu qələbəsi zamanı Azərbaycan millisinin eyni rəqibə 0:10 hesablı məğlubiyyəti yada düşdü.

Maraqlıdır, 14:0 hesabı o vaxt millinin baş məşqçisi olan Ağasəlim Mircavadova komandamızın acınacaqlı məğlubiyyətini unutdura bilib? Ümumiyyətlə, təcrübəli mütəxəssis həmin matçla bağlı hansı hisslər keçirib?

Mircavadov bu barədə Fanat.az-ın sualını belə cavablandırıb:

“Bilirsiz, mənim oynumu axtarıb tapın və görün, necə oynamışam. Fransaya qarşı 3-4 qol epizodumuz olub. Sadəcə, o gün fransızların günü idi. 1995-ci illə indiki zaman arasında böyük fərq var. Biz maykalarımızı özümüz yuyurduq. Dəyişməyə forma yox idi. Bizdə təlim-məşq toplanışı olmurdu. Buzovnada bir həftəyə yığılırdıq. Heç orada ot da yox idi. Məşqimiz torpaq meydançada olurdu. İndi AFFA hər cür şərait yaradıb. İndiki gənclər oynaya bilərlər. Onlara doğru yol göstərmək və düzgün məşq keçilməlidir. Həm də futbolçuda istək olmalıdır. Biz qalib xalqıq. Xaricə gedəndə yoxlanış zamanı hardan olduğumuzu soruşanda “Azərbaycan” adını fəxrlə deyirəm. Ölkəmizin adını eşidən kimi, artıq bilirlər nə var, nə yox. Bir haşiyə çıxım. MATÇ TV-də gördüm ki, Emin Mahmudovun qolunu ikinci, Fransa millisinin 11-ci qolunu birinci olaraq qiymətləndiriblər. Burada da ayrıseçkilik olur. Emin Mahmudov topu ustalıqla vurmuşdu”.

Bənzər yazılar

Back to top button