İdman

“Bir qədər üzücüdür, amma…” – Musiala “Real”la oyundan danışdı

“Bayern Münhen”in yarımmüdafiəçisi Camal Musiala Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunundan – “Alyans Arena”da “Real Madrid”ə qarşı keçirdikləri matçdan (2:2) danışıb.

Fanat.az xəbər verir ki, məhsuldar heç-heçə barədə fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:

“Həm müsbət, həm də mənfi məqamlar var. Bu gün qalib gələ bilərdik, şanslarımız çox idi. Yaxşı müdafiə olunduq, amma “Real” gözləmədiyiniz anda nələrsə etməyi bacarır. Bir qədər üzücüdür, amma biz “Santyaqo Bernabeu”da meydana başımızı dik tutub çıxacağıq.

Bu oyundan götürə biləcəyimiz müsbət şeylər də çoxdur. Özünəinamı qoruyub saxlamalı, bu gün oynadığımız kimi oynamağa davam etməli və qələbə üçün çalışmalıyıq”.

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması mayın 8-də keçiriləcək.

Bənzər yazılar

Back to top button