İdman

“Klopp mənə çox kömək etdi” – Qvardiola “Liverpul”la oyunöncəsi rəqibini təriflədi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 7 -ci turunun “Liverpul”la oyun öncəsi rəqib komandanın baş məşqçisi Yurgen Klopp barədə danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis alman çalışdırıcının ona çox kömək etdiyini deyib: “Onun komandaları daha güclü məşqçi olmağıma kömək etdi. Mənə başqa səviyyəyə yüksəltdi. Kloppun komandalarını məğlub etmək üçün daha yaxşı olmalı idim. Bu səbəbdən hələ də bu işlə məşğulam.

Sizi bir addım atmağa məcbur edən məşqçilər var. Yurgen də onlardan biridir. Almaniyada onun komandası ilə qarşılaşdım. Barselonada belə bir imkan yox idi. İngiltərədə də bir çox oyun keçirdik. Hər matç əla idi. Komandalarımızın ümumi fikirləri var, qol vurmağa hazırlaşırıq. Bizdən daha sürətlidirlər, amma qələbə qazanmaq üçün ortaq bir üslubumuz var”.

Qeyd edək ki, “Liverpul” – “Mançester Siti” qarşılaşması oktyabrın 3-ü keçiriləcək

Bənzər yazılar

Back to top button