Dünya

“Rusiya hərbiçiləri arasında ruhdan düşmə səviyyəsi artır”, Arestoviç

Rusiya hərbiçiləri kütləvi olaraq silahlarını atır, əsir düşür və ya RF sərhədi istiqamətinə gedir, bu barədə martın 2-də keçirilən brifinqdə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

Onun sözlərinə görə, “Ukraynalıların müqaviməti sayəsində Rusiya hərbiçiləri arasında ruhdan düşmə səviyyəsi artır”.

Arestoviçin sözlərinə görə, “ruslar kursantları belə döyüşə göndərir”.

“Ruslar hərbi məktəblərin kursantlarını belə döyüşə göndərir. Xüsusən, Serpuxovski məktəbindən belə məlumatlar daxil olur, burada II kurs kursantları Ukrayna ilə müharibəyə göndərilib, bu isə Rusiyanın qüdrətli ordusunun artıq Ukraynanın öhdəsindən gələ bilmədiyini göstərir. Və bu, hərbi idarəçilik nöqteyi-nəzərdən fəlakət deməkdir. Çünki adətən kursantlara son ana qədər toxunmurlar. Belarus ordusunu cəlb etmək cəhdlərini də buraya aid etmək olar. Amma hələlik Belarus ordusunun Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirakına dair rəsmi məlumat yoxdur. Siqnallar var”, deyə unian.net Arestoviçdən sitat gətirir.

Bənzər yazılar

Back to top button