Hadisə

3-cü mərtəbədən yıxılan şagird məktəbə niyə gedib? (AÇIQLAMA)

“3-cü mərtəbədən yıxılan 10-cu sinif şagirdinin anası məktəbdə işləyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Bakıda 10-cu sinifdə oxuyan qızın 3-cü mərtəbədən yıxılmasına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, məktəbli qız texniki işçi işləyən anasının arxasınca gəlibmiş:

“10-cu sinif şagirdi məktəbdə texniki işçi işləyən anasının arxasınca məktəbə gəlmiş və yıxılaraq ayağından xəsarət alıb. Təcili tibbi yardım çağrılmış, ayağında sınıq olduğu aşkar edilib. Həkimlər tərəfindən müvafiq tibbi yardım və zəruri tədbirlər görülüb. Hazırda vəziyyəti qənaətbəxşdir”.

Qeyd edək ki, Bakıda 10-cu sinif şagirdi məktəbin 3-cü mərtəbəsindən yıxılıb. Hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib.

Bənzər yazılar

Back to top button