İdman

Ronaldo “Atletiko” ilə oyunu da buraxacaq

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo komandasının daha bir yoxlama görüşünü buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı hücumçu iyulun 30-da Osloda “Atletiko” ilə keçiriləcək oyun üçün heyətdə yer almayıb.

Qeyd edək ki, Ronaldo “Mançester Yunayted”in mövsümöncəsi Tayland və Avstraliya turunu buraxıb. 37 yaşlı forvard ümumilikdə 5 yoxlama oyununda iştirak etməyib.

Bənzər yazılar

Back to top button