Cəmiyyət

Məşhur tarixçi alim Salyanda dəfn olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova ilə vida mərasimi bu gün Bakıda Təzə Pir məscidində keçiriləcək.

Bu barədə Tarix İnstitutunun Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, tarixçi alim öz vəsiyyətinə uyğun olaraq Salyan rayonunda dəfn olunacaq.

Qeyd edək ki, F.Məmmədova bu gün 85 yaşında dünyasını dəyişib.

Bənzər yazılar

Back to top button