Hadisə

COVİD-ə yoluxmuş Dilavər Əzimlinin səhhətindən xəbər var

Tanınmış tarixçi alim Dilavər Əzimlinin səhhətində irəliləmə var.

Bu barədə Qaynarinfo-ya alimin həyat yoldaşı Arzu Qazıyeva deyib. Onun sözlərinə görə, həkimlər Dilavər Əzimlinin səhhəti ilə bağlı ümidlidirlər:

“Hələ ki, ECMO cihazına qoşulub. Vəziyyəti ağır-stabil olaraq qalır. Geriləməsi yoxdur, az-az irəliləməsi var. Hələ ki, bizim istədiyimiz kimi sürətli irəliləyiş yoxdur. Aparatdan nə vaxt çıxacağı bəlli deyil. Həkimlər nikbin danışır, ümidlidirlər. Müalicə prosesi davam edir”.
Qeyd edək ki, I Qarabağ müharibəsinin qazisi, pedaqoq, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimli koronaviusa yoluxub. Onun səhhətində yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın bir qurup tanınmış istimia-siyası şəxsi yanvarın 6-da Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Həmin müraciətdən sonra Dilavər Əzimli ECMO aparatına qoşulub.

Bənzər yazılar

Back to top button