Dünya
“Yeni dalğa başlayıb” – “Pfizer”in baş direktoru
“Pandemiyanın yeni dalğası başlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri “The Jerusalem Post” qəzetinə müsahibəsi zamanı ABŞ-ın “Pfizer” əczaçılıq şirkətinin baş direktoru Albert Burla deyib. O bildirib ki, hələlik insanlar virusa qarşı hazırlanmış dərman vasitələrindən istifadə edərək pandemiya ilə rahat mübarizə apara bilərlər:
“Pandemiyanın yeni dalğası başlayıb. Düşünürəm ki, hamı peyvəndin dördüncü dozasını qəbul etməyib və hazırda nəzarət etməyin daha çətin olduğu “omicron” ştamı da var. Peyvənd xəstəxanaya yerləşdirilmə və ölüm ehtimalını azaldır”