Cəmiyyət

Daxili İşlər Nazirliyi valideynlərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.

Müraciətdə deyilir:

“Uşaqlarınızın internet asılılığından xilas olması üçün aşağıdakılara əməl edin:

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

– övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;

– övladlarınızın suallarını cavabsız qoymayın, “işim var, məşğulam, sonra…” deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual “dost”lar axtaracaq;

– günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;

– övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;

– övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;

– övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.

Sağlam gələcək üçün sağlam övladlar yetişdirək!”

Bənzər yazılar

Back to top button