Siyasət

Qubad İbadoğlu Cavanşir Feyziyevə cavab verdi

“Özünün və ailəsinin adı çirkli pulların yuyulmasında hallanan, buna görə Azərbaycan dövlətini bütün dünyada rüsvay edən, parlamentin üzvü Cavanşir Feyziyev abrına qısılıb (əgər varsa) susmaq əvəzinə, müsahibəsində məni və professor Cəmil Həsənlini təhqir və onun barəsində yayılan məlumatarı təkzib edib. 5,63 milyon funt sterlinqi və ya 7,5 milyon dolları və ya 13 milyon manatı itirən şəxsin psixloloji durumunu anlayışla qəbul etsək də, Feyziyevin təhqirlərinə onun səviyyəsinə enib cavab vermək niyyətində deyiləm”.

Bunu ekspert Qubad İbadoğlu bildirib.

“Birincisi, məlumat tam doğrudur, bu barədə ilk informasiyanı Britaniyanın Milli Cinayət Agentliyi (MCA) yayıb və MCA-ya istinadən nüfuzlu Bloomberg, The Guardian, BBC nəşrləri və dünyanın 100-dək mətbu orqanları bu barədə yazı dərc edib. İkincisi, nə mənim, nə də Cəmil Həsənlinin Cavanşir Feyziyev problemi yoxdur, problemimiz Azərbaycanın adının mütəşəkkil cinayətkarlıqda hallandırılaraq ölkənin reputasiyasının korlanması ilə bağlıdır. Odur ki, xalqın pulunu oğurlayıb onu son nəticədə xaricilərə yedizdirənlərlə heç vaxt barışmayacağıq. Belələrinin ifşa olunması üçün sonadək mübarizə aparacağıq. Cavanşir Feyziyevin iradı vasrsa MCA-ya, Westminister Magistrates Məhkəməsinə, BBC-yə, Bloomberqə, Guardiana bildirsin. Cavanşir Feyziyevin əməlində cinayət tərkibi olduğuna, Azərbaycanın adını bütün dünyada biabır etdiyinə görə onun parlamentdə qalmağa nə mənəvi, nə də siyasi haqqı çatır. Cavanşir Feyziyev kimilərinin əməllərinə görə Azərbaycan beynəlxalq səviyyədə korrupsioner ölkə kimi tanınır, ölkəyə normal xarici investor gəlmir, belələrinə görə ölkədə keyfiyyətsiz və bahalı dərmanlar satılır, nəticədə alıcılar xəstəlikdən və yoxsulluqdan qoruna bilmirlər. Cavanşir Feyziyev həqiqətən xalqını və dövlətini sevirsə nədən “qazandığı” pullu ölkənin sərmayə ehtiyacı olduğu halda milli iqtisadiyyata, yerli banklara deyil, xarici banklarda depozitə qoyur? -, deyə Q.İbadoğlu qeyd edib.

Bənzər yazılar

Back to top button