Dünya

Ukrayna Rostovdakı Rusiya aviabazasına zərbə endirdi

Ukraynanın Hərbi Hava Qüvvələri Rusiyanın Rostov vilayətində yerləşən aviabazasına raket zərbəsi endirib. Nəticədə Rusiya Hava Kosmik Qüvvələrinin bir Su-30SM qırıcısı və daha bir neçə aviatexnika sıradan çıxarılıb.

Aviazərbə barədə ilk məlumat və foto sosial şəbəkələrdə yayılıb. Ukraynanın Hava Qüvvələri Komandanlığı bu zərbəni ironik formada təsdiqləyib. Bildirilib ki, düşmənin bir neçə təyyarəsi məhv edilib. “Bəs bunu kim edib?”, – komandanlıq aviabazadan fotonu öz sosial şəbəkə hesabında paylaşaraq ironik sual verib. (Virtualaz.org)

Bənzər yazılar

Back to top button