Dünya

Zelenski Ukrayna məsələsini müqaviləni müzakirə etməyə hazır olduğunu söylədi

Ukrayna Prezidenti Vladimir Zelenski Bazar ertəsi axşam bildirib ki, Ukraynanın atəşin dayandırılması, Rusiya qoşunlarının çıxarılması və Ukraynanın təhlükəsizliyinə zəmanət qarşılığında NATO-ya üzv olmamaq öhdəliyini müzakirə etməyə hazırdır.

“Bu, hamı üçün kompromisdir: NATO- ilə münasibətimizdə bizimlə nə edəcəyimizi bilməyən Qərb üçün də, təhlükəsizlik zəmanəti istəyən Ukrayna üçün də, NATO-nun daha da genişlənməsini istəməyən Rusiya üçün də kompromisdir”, – deyə Zelenski Bazar ertəsi axşam Ukrayna telekanallarına müsahibəsində bildirib.

O, Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara çağırışını da təkrar etdi. Zelenskinin sözlərinə görə, Putinlə görüşməyincə, Rusiyanın müharibəni dayandırmaq istəmədiyini anlamaq mümkün deyil.

Zelenski bildirib ki, Kiyev atəşkəsdən və təhlükəsizlik zəmanəti ilə bağlı addımlardan sonar rusiyapərəst separatçıların nəzarətində olan Krımın və Donbasın statusunun müzakirəsinə hazırdır. AP agentliyi xəbər verir.

Bənzər yazılar

Back to top button