İdman

Ronaldu MY-dən bu yay ayrıla bilər – Yeni klubu açıqlandı

“Mançester Yunayted”in superulduzu Kriştianu Ronaldu Devid Bekhemin klubuna – MLS təmsilçisi “İnter Mayami”yə keçə bilər.

Fanat.az xəbər verir ki, informasiyanı “The Mirror” yayıb.

Mənbə MY ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq 37 yaşlı Ronaldunun iş yerini dəyişmək fikrinə düşdüyünü vurğulayıb. Portuqaliyalı forvardın cari mövsümün sonunda okeanın o tayına yollanmaq perspektivinin böyük olduğu bildirilib.

Xəbərə görə, Bekhem artıq məsələni Kriştianunun özüylə də müzakirə edib və futbolçunun razılığını alıb.

Xatırladaq ki, Bekhem ötən il Lionel Messi və Ronaldu səviyyədə ulduzları “İnter Mayami”nin sıralarına cəlb etmək istəyində olduqlarını açıqlayıb.

Bənzər yazılar

Back to top button