Hadisə

Nazir şeyxin polkovnik qohumunu işdən çıxardı (FOTO)

Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi də vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Tibb Xidmətinin rəisi, polkovnik Əligülov Elçin Vəliağa oğlu öz istəyi ilə işdən azad olunub.

Elçin Əligülov

Onun yerinə müvəqqəti olaraq Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev təyin edilib.

Ərəstun Əliyev

Qeyd edək ki, polkovnik Elçin Əligülov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumudur.

Bənzər yazılar

Back to top button