Hadisə

Səhiyyə Nazirliyi qalmaqallı tender şirkəti ilə yenə müqavilə bağladı (FOTO)

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi bu gün məbləği 260 min 780 manat olan dondurucuların satın alınması üzrə müqavilə bağlayıb.

Qaynarinfo xəbər verir ki, satınalma müqaviləsi Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərdə ən çox qalib gələn şirkətlərdən biri – “EKSPA” MMC şirkəti ilə imzalanıb.

Qeyd edək ki, 2017-ci ildə yaradılan şirkət elə yarandığı il Səhiyyə Naziriyinin 6 lot üzrə 5,8 milyon manatlıq tenderinin qalibi olub.

Qaynarinfo-nun araşdırmaları zamanı məlum olub ki, şirkət nazirlikdən 2019-cu ildə uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramına uyğun olaraq tibbi və digər aparatlar və avadanlıqların satın alınması üzrə 6 milyon 309 min 826 manat 98 qəpik, 28.04.2020 tarixində Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin, həmçinin Dövlət və Tədbirlər proqramları üzrə nəzərdə tutulan tibbi və digər aparatların, avadanlıqların, və inventarların satınalınması 6 milyon 46 min 196 manat 10 qəpik, 10.09.2020 tarixində Kompüterlərin satın alınması üzrə isə 119 min 982 manat 40 qəpik alıb.

Nizamnamə kapitalı 10 manat olan şirkətin hazırkı hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimov, ev 12, m. 145-dir. Şirkətin qanuni təmsilçisi Tekne Muratdır. Murat Teknenin qanuni təmsilçi olduğu daha bir şirkət isə “Es Medikal” MMC-dir. Səhiyyə Nazirliyindən ən çox tender alan şirkətlər arasında olan “Es Medikal” MMC 2018-ci ilin yanvarın 19-da yaradılıb. Həmin ilin aprelin 9-da Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin satınalmalara dair müsabiqəsində 5 ayrı-ayrı lot üzrə 9 milyon manatlıq tenderin qalibi olub.

Maraqlıdır ki, Səhiyyə Nazirliyinin keçirdiyi müxtəlif təyinatlı tenderlərin qalib gələn sözugedən 2 şirkətin başqa dövlət qurumlarının satınalmalarında qalib gəlməsinə dair bir məlumat yoxdur. Şirkətlərin əsl sahibi ilə bağlı məlumat olmasa da, onların səhiyyə sahəsində çalışan yüksək vəzifəli şəxslərdən birinə məxsus olması şübhə doğurmur. Çünki həm “Ekspa”nın, həm də Murat Teknenin qanuni təmsilçisi olduğu “Es Medikal” MMC-nin adı tender maxinasiyalarında hallanıb…

Bənzər yazılar

Back to top button