“Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu oldu
Türkiyə Super Liqasında 2017/18 mövsümü başa çatıb. Fanat.Az xəbər verir ki, son turda çempionunun kimliyi müəyyənləşib.
3 komandanın çempionluq uğrunda mübarizə apardığı yarışının son turundan öncə rəqiblərini 3 xal qabaqlayan “Qalatasaray” sürprizə imkan verməyib. İstanbul klubu səfərdə “Göztəpə”yə 1:0 hesabı ilə qalib gələrək çempion olub.
Bu “Qalatasaray”ın 21-ci çempionluğu olub. “Cim-Bom” tarixində ilk dəfə çempionluq sayında 19 dəfə qızıl medalla sahib çıxmış “Fənərbaxça” ilə fərqi ikiyə çatdırıb. “Beşiktaş”ın aktində 15, “Trabzonspor”un aktində 6, “Buraspor”un aktində 1 dəfə çempionluq var.
Çempionluq uğrunda mübarizə aparan “Fənərbaxça” evdə “Konyaspor”a qalib gələrək medallarla kifayətlənib. “Başakşəhər” isə “Kasımpaşa” ilə ev oyununda 0:2 hesabı ilə geri düşsə də, meydandan qələbə ilə ayrılaraq üçüncü olub – 3:2. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Beşiktaş”d doğma meydanda “Sivasspor”a 5:1 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra “Qalatasaray” və “Fənərbaxça” Çempionlar Liqasına, “Başakşəhər”lə “Beşiktaş” Avropa Liqasına vəsiqə qazanıb. Avroliqaya üçüncü vəsiqənin sahibi kubokun qalibi “Akhisar Bələdiyyəspor” olub.
Qeyd edək ki, son 3 pilləni tutan “Osmanlıspor”, “Gənclərbirliyi” və “Karabükspor” aşağı liqaya düşüb. PTT 1-ci liqada ilk iki pilləni tutan “Çaykur Rizəspor” və “Ankaragücü” Super Liqaya vəsiqə qazanıb. Son vəsiqənin sahibi “Qazişəhər” və “Ərzrum BB” arasındakı pley-off mərhələsinin finalında müəyyənləşəcək.
Onu da qeyd edək ki, turun 5 oyunu dünən keçirilib. “Trabzonspor” “Karabükspor”u 3:0, “Akhisar Bələdiyyəspor” “Osmanlıspor”u 2:1, “Gənclərbirliyi” “Bursaspor”u 1:0, “Alanyaspor” “Antalyaspor”u, “Yeni Malatyaspor”u “Kayserispor”u 3:2 hesabı ilə yenib.
Super Liqa
2017/18 mövsümü
XXXIV tur
19 may
Göztəpə – Qalatasaray 0:1
Qol: Bafetimbi Qomis, 66-pen.
Fənərbaxça – Konyaspor 3:2
Qollar: Fernandao, 28. Selim Ay, 34 (avtoqol). Roberto Soldado, 65 – Moryke Fofana, 70. Adis Yahoviç, 73.
Başakşəhər – Kasımpaşa 3:2
Qollar: Edin Viska, 30. Emmanuel Adebayor, 36; 61 – Ahmed İldiz, 6. Mbaye Diagne, 27-pen.
Beşiktaş – Sivasspor 5:1
Qollar: Anderson Talişka, 30; 76. Kile Larin, 50; 74. Rayan Babel, 86 – Hakan Arslan, 54.
Qırmızı vərəqə: Delvin Ndinqa, 66 (Sivasspor).
1. |
Qalatasaray |
34 |
24 |
3 |
7 |
75:33 |
75 |
2. |
Fənərbaxça |
34 |
21 |
9 |
4 |
78:36 |
72 |
3. |
Başakşəhər |
34 |
22 |
6 |
6 |
62:34 |
72 |
4. |
Beşiktaş |
34 |
21 |
8 |
5 |
69:30 |
71 |
5. |
Trabzonspor |
34 |
15 |
10 |
9 |
63:51 |
55 |
6. |
Göztəpə |
34 |
13 |
10 |
11 |
49:50 |
49 |
7. |
Sivasspor |
34 |
14 |
7 |
13 |
45:53 |
49 |
8. |
Kasımpaşa |
34 |
13 |
7 |
14 |
57:58 |
46 |
9. |
Kayserispor |
34 |
12 |
8 |
14 |
44:55 |
44 |
10. |
Yeni Malatyaspor |
34 |
11 |
10 |
13 |
38:45 |
43 |
11. |
Akhisar Bələdiyyəspor |
34 |
11 |
9 |
14 |
44:53 |
42 |
12. |
Alanyaspor |
34 |
11 |
7 |
16 |
55:59 |
40 |
13. |
Bursaspor |
34 |
11 |
6 |
17 |
43:48 |
39 |
14. |
Antalyaspor |
34 |
10 |
8 |
16 |
40:59 |
38 |
15. |
Konyaspor |
34 |
9 |
9 |
16 |
38:42 |
36 |
16. |
Osmanlıspor |
34 |
8 |
9 |
17 |
49:60 |
33 |
17. |
Gənclərbirliyi |
34 |
8 |
9 |
17 |
37:54 |
33 |
18. |
Karabükspor |
34 |
3 |
3 |
28 |
20:86 |
12 |