Cəmiyyət

Məhdudiyyətlər sürətlə aradan qaldırılarsa, yoluxma arta bilər – ÜST

Əgər məhdudiyyətlər eyni anda, sürətlə aradan qaldırılarsa, yoluxma halları arta bilər, bu təbiidir.

AzToday.az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge deyib.

O bildirib ki, yoluxma göstəriciləri artan ölkələr var.

“Hospitallaşma, yəni xəstəxanaya yerləşdirmə, o cümlədən ölüm hallarına baxaq. Məsələn, mən Danimarkada yaşayıram. Orada da yoluxma artıb, lakin ölüm halları çoxalmır. Bu onu göstərir ki, hər hansı ölkədə əhalinin 90 faizi peyvənd olunarsa, ölüm hallarının qarşısını alaq olar”, – H.Kluge deyib.

Bənzər yazılar

Back to top button