Dünya

Koranavirusun mənbəyi sayılan Uhan şəhərində xəstələrin hamısı sağaldı

Çinin Hubey əyalətinin Uhan şəhərinin xəstəxanalarında koronaviruslu xəstə qalmayıb.

Bunu ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Min Fen bildirib.

“Uhan həkimləri və onlara kömək edən bütün ölkə həkimlərinin sayəsində 26 aprel tarixindən etibarən Uhan xəstəxanalarında koronavirus infeksiyası olan pasiyentlərin sayı sıfırdır”, – “RİA Novosti” Mi Fenin sözlərini sitat gətirir.

Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 642 nəfər həyatını itirib, 84 325 yoluxma halı qeydə alınıb. (Qafqazinfo.az)

Bənzər yazılar

Back to top button