GündəmManşetSiyasət

Ermənistan öz qüvvələrini Qarabağdan çıxarmasa və kommunikasiyaları açmasa Bakı adekvat tədbirlər görəcək – İ.Əliyev

Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərin bir hissəsini yerinə yetirmir – Azərbaycandan Naxçıvana maneəsiz girişi təmin etmir və silahlı qüvvələrini Qarabağdan çıxarmır. Bu barədə prezident İlham Əliyev oktyabrın 14-də Astanada MDB-nin sammitində çıxışında bildirib.

“Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”, deyə Əliyev bildirib.

Qarabağ ermənilərinin taleyinə toxunan Əliyev deyib ki, Bakı öz mövqeyini oktyabrın 6-da Praqda keçirilən görüşdə bildirib. “Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq”, deyə Əliyev qeyd edib.

Bənzər yazılar

Back to top button