İdman

Ten Haq MY-dəki gələcəyinin necə olacağı ilə bağlı sualı belə cavablandırdı

İngiltərə Premyer Liqasının 36-cı turunda “Kristal Pelas”a 0:4 hesabı ilə uduzan “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandadakı gələcəyinin necə olacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini BBC belə çatdırıb:

“Gələcəyim barədə düşünmürəm. Komandanı mümkün qədər yaxşı hazırlayıram. Problemlərimiz çoxdur. Yeganə hədəfim daha yaxşı çıxış etməkdir. Yalnız komandamı daha yaxşı etmək barədə düşünürəm”.

Qeyd edək ki, hazırda 54 xalı olan MY İPL-in turnir cədvəlində 8-ci pillədə mövqe tutub. “Qırmızı şeytanlar” növbəti turda “Arsenal”la qarşılaşacaqlar.

Bənzər yazılar

Back to top button