İdman

Matteys de Liqtin “Bayern Münhen”dəki qazancı bilindi

“Yuventus”un və Niderland millisinin müdafiəçisi Matteys de Liqtin “Bayern Münhen”ə transfer olunandan sonra nə qədər qazanacağı açıqlanıb.

Fanat.az xəbər verir ki, informasiyanı TMW yayıb.

Mənbə de Liqtin bu gün tibbi müayinədən keçəcəyini, ardından 5 illik müqaviləyə imza atacağını vurğulayıb. Xəbərə görə, arxa xətt oyunçusu hər mövsüm üçün 10 milyon avro və müxtəlif bonuslar əldə edəcək.

Qeyd edək ki, son 3 ili Turin klubunda keçirən de Liqt bu müddətdə “qoca sinyora”nın forması ilə 117 matça çıxıb. O, İtaliya çempionu olmaqla yanaşı, İtaliya Kubokunun və Superkubokunun qalibi adını da qazanıb.

Bənzər yazılar

Back to top button