İdman

“Real” ulduzuna qiymət qoydu: 229 milyon + 155 milyon

“Mançester Yunayted” uzun müddətdi transfer etmək istədiyi Qaret Beyldə imtina edib.

Fanat.Az “Mirror”a istinadən xəbər verir ki, buna səbəb “Real”ın uelsli futbolçuya qoyduğu qimyət olub.

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Real”da rəhbərliyi altında oynamış futbolçunun transferini İngiltərə klubuna gəldiyi gündən istəyir. Amma “Kral Klubu” Çempionlar Liqasının finalında 2 qol vuraraq komandasına ardıcıl 3-cü kuboku qazandıran Beylin qiymətini artıraraq 229 milyon avroya çıxardıb. Uelsli ulduz özü isə müqaviləsinin sonunadək klubdan 155 milyon avro istəyir. Belədə Mourinyo bir neçə dəfə ağır zədə alan və uzun müddət ideal formasından uza qalan futbolçu üçün 384 milyon avro xərcləmək istəməyib.

Bənzər yazılar

Back to top button