Dünya

“Twitter” Trampın postunun yanında xəbərdarlıq yerləşdirdi: “Zorakılıq təhlükəsi”

“Twitter” sosial şəbəkəsi ABŞ prezidenti Donald Trampın “muxtar bölgələr” ilə əlaqəli postunun yanında məzmunun insanlara təhdid olduğu barədə xəbərdarlıq yerləşdirib.

Qaynarinfo xəbər verir ki, Tramp 23 iyunda səhər bir “twit” paylaşıb. Prezident Vaşinqtonda heç vaxt muxtar bölgələrin olmayacağını vurğulayıb. “Buna cəhd etsələr, sərt güclə qarşılaşacaqlar!” – o əlavə edib.

O, bir qrup etirazçı polisin qovulduğu Sietldəki məhəlləyə bənzər bir muxtar bölgə yaratmaq üçün Ağ Evin yaxınlığında çadır qurmağa cəhd edəndən sonra belə bir bəyanatla çıxış edib.

Bənzər yazılar

Back to top button