Cəmiyyət

Saatlının təbii qaz üzünə həsrət qalan kəndləri

Saatlı rayonunun Soltanabad kənd sakinləri kənddə təbii qaz olmadığından məcbur qalıb baha qiymətə taxta və odunlar alıb istifadə edirlər.İTV-yə müraciət edən sakinlər bildiriblər ki, taxta və odunu kənddə iki yüz manata satırlar.Bunu da almağa hər adamın gücü çatmır,kənddə meyvə ağaclarını kəsməkdən demək olar yaşılııq da azalıb.

Təbii qazın olmaması təkcə Soltanabad kənd sakinlərini narahat eləmir. Rayonun MirCəlal, Nəsimikənd və Səməndkənd sakinlərinin də ən böyük arzusu kəndlərində təbii qazın veriləmisidir.

İTV-nin “Azəriqaz”-a müraciətindən də aydın olur ki,adıçəkilən kənd sakinləri bu ildə kəndlərində təbii qazın verilməməsinin şahidi olmayacaqlar. Aidiyyatı qurumdan verilən məlumata görə yerli icra orqanları əlaqədar qurumlara müraciət etmədiyindən bu kəndlərin qazlaşdırılması dövlət proqramına salınmayıb.

Analoq.az saytı Saatlı Rayon İcra Hakimiyyətiylə əlaqə saxlayıb münasibət öyrənə bilməyib.

Bənzər yazılar

Back to top button