DünyaManşet

Türkiyənin Dənizli şəhərinin rayonlarından birinə erməni icra başçısı təyin olunub

Erməni əsilli Türkiyə vətəndaşı Berk Acar dünən Dənizli şəhərinin Babadağ rayonunun icra başçısı təyin edilib. 27 yaşlı Berk Acar müasir Türkiyədə bu vəzifəyə təyin olunan ilk ermənidir, xəbəri Türkiyə KİV-ləri yayıb.

Berk Acar 1995-ci ildə İstanbulda anadan olub. Saakyan Nunyan adına özəl erməni orta məktəbini bitirib. 2020-ci ildə Bilgi Universitetinin hüquq fakultəsini bitirib. Şişlidə hüquq stajı keçib.

2021-ci ildə o, Ankarada yazılı imtahan verərək 13 374 namizəd arasında 72-ci yeri tutub. Müsahibə mərhələsinə 475 nəfər dəvət olunub. Berk Acar dövlət vəzifəsində işləmək hüququ qazananlar arasında olub.

Yaxın günlərdə gənc icra başçısının rayona gələcəyi və öhdəliklərinin icrasına başlayacağı gözlənilir.

Türkiyədə ölkə vətəndaşı olan 70 minə yaxın etnik erməni yaşayır. Bundan əlavə, Türkiyədə 40 minə yaxın Ermənistan vətəndaşı yaşayır və işləyir.(Turan)

Bənzər yazılar

Back to top button