Siyasət

Bu yaxınlarda hərbi eskalasiya zamanı ermənilərin basdırdıqları minalar aşkarlanıb

Azərbaycan Müdafiə Nazirliyi bu yaxınlarda sərhəddə hərbi eskalasiya zamanı Ermənistan Silahlı Qüvvələrinin təxribatçı qrupları tərəfindən basdırılmış minaların aşkarlandığını bildirib.

«Sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir”, – Azərbaycan Müdafiə Nazirliyinin bugünkü məlumatında deyilir.

Minatəmizləmə əməliyyatı nəticəsində Ermənistanda istehsal edilmiş 100 ədəd piyada əleyhinə PMN-Э minası, 8 ədəd piyada əleyhinə PMN-2 minası və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Mühəndis-istehkam tədbirləri davam etdirilir, məlumatda deyilir.

Müdafiə Nazirliyi aşkar edilmiş minalara dair foto və videomateriallar yayıb.

Bənzər yazılar

Back to top button