İdman

Daha bir dünya ulduzu Ronaldunun komandasına keçə bilər

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” daha bir dünya ulduzu ilə güclənməyə yaxındır.

Fanat.az xəbər verir ki, məlumatı “Relevo” yayıb.

Xəbərə görə, Kriştianu Ronaldunun formasını geyindiyi klub “Mançester Yunayted”in yarımmüdafiəçi Karlos Kazemironun xidmətində maraqlıdır. Mənbə 32 yaşlı futbolçunun bu varianta isti yanaşdığını diqqətə çatdırıb.

Qeyd edək ki, Kazemiro MY-yə 2022-ci ilin yayında, 70,6 milyon avro qarşılığında “Real Madrid”dən transfer olunub. Cari mövsüm “qırmızı şeytanlar”ın forması ilə 32 oyuna çıxan orta xətt oyunçusu 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button