İdman

Avropa çempionatları tarixində Ronaldu kimisi olmayıb

Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya – Çexiya oyununda (2:1) meydanda olan Kriştianu Ronaldu turnirin tarixinə düşüb.

Fanat.az xəbər verir ki, 39 yaşlı superulduz 6 Avropa çempionatında iştirak edən yeganə futbolçu olub.

Ronaldu 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə (məlum pandemiya səbəbindən AÇ-2020 2021-ci ildə baş tutub) keçirilən qitə birinciliklərinə qatılıb.

Ümumilikdə 26 matça çıxan Kriştianu bu görüşlərdə 14 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, Avropa çempionatları tarixinin ən yaxşı bombardiridir.

Bənzər yazılar

Back to top button