Siyasət

Azərbaycan sülh sazişilə bağlı 10-cu təkliflər paketini Ermənistana göndərib

Ermənistan Azərbaycandan sülh sazişi layihəsilə bağlı yeni təkliflər paketi alıb.

“Sputnik Armeniya” bildirib ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, bu, sülh sazişi layihəsilə bağlı tərəflər arasında mübadilə olunan 10-cu paketdir.

Azərbaycan Xarici İşlər Nazirliyində məlumatı təsdiqləyiblər.

İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Bədəlyan bildirib ki, erməni tərəfi Azərbaycanın sülh müqaviləsi layihəsilə bağlı son təkliflərinə yenidən işlənmiş 9-cu redaksiyasını göndərib.

Bənzər yazılar

Back to top button