Cəmiyyət

Yağışlı və küləkli havalar sabah da davam edəcək

Sabah, sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-qərb küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 16-19 dərəcə isti, gündüz 19-23 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Axşama doğru qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, gecə və səhər bəzi rayonlarda duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 13-17 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button